NATO gəmiləri Gürcüstanın ərazi sularına daxil oldu


Dünya 08 Apr 2020 04:20:13 105 0

NATO gəmiləri Gürcüstanın ərazi sularına daxil oldu

NATO-nun dörd gəmisi Gürcüstanın Poti limanına daxil olub.

NATO-nun dörd gəmisi Gürcüstanın Poti limanına daxil olub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

İtaliyanın ITS VIRGINIO FASAN, Kanadanın HMCS FREDERICTON, Rumıniyanın ROS REGINA MARIA, Bolqarstanın BGS VERNI gəmiləri Gürcüstanın Sahil Mühafizəsi Xidməti ilə birgə təlimlərdə iştirak edəcəklər.

Təlimlərə Türkiyənin TCG SALIHREIS gəmisi də qoşulacaq.

Təlimlərin məqsədi Gürcüstanın dəniz qüvvələri və NATO arasında qarşılıqlı əlaqələrin və uyğunluq səviyyəsinin artırılmasıdır.

Koronavirus epidemiyasına görə təlim çərçivəsində görüşlər videokonfrans formatında keçiriləcək. Birgə təlimlər heyətin iştirakı olmadan gəmilərin manevrlərindən ibarət olacaq.