“Twitter”in banisi koronavirusla mübarizəyə qoşuldu


Dünya 08 Apr 2020 03:42:35 126 0

“Twitter”in banisi koronavirusla mübarizəyə qoşuldu

“Twitter”in banisi Cek Dorsi COVID-19-la mübarizəyə 1 milyard ABŞ dolları ianə edib.

“Twitter”in banisi Cek Dorsi COVID-19-la mübarizəyə 1 milyard ABŞ dolları ianə edib.

“Report” xəbər verir ki, bu barədə o özü sosial şəbəkədəki səhifəsində yazıb.

"Mən COVID-19-a qarşı qlobal yardımı maliyyələşdirmək üçün “Square” şirkətinin səhmlərinə - “Start Small” fonduna sərvətimin təxminən 28%-ini - 1 milyard dollar (ABŞ dolları) - yönləndirirəm”, - Dorsi yazıb.

Onun sözlərinə görə, nə vaxt ki, pandemiya bitəcək, fonddiqqəti sağlamlığa və qızların təhsilinə yönəldəcək.

Qeyd edək ki, Çin hakimiyyəti ötən ilin 31 dekabrında Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) Uhan şəhərində yeni pnevmaniyanın yayılması barədə məlumatlandırıb. ÜST martın 11-dəkoronavirusu pandemiya elan edib.

Son məlumatlara görə, dünyada koronavirus qurbanlarının sayı 80 min nəfəri ötüb.COVID-19 infeksiyasına yoluxanların sayı 1,4 milyon nəfərdən çoxdur.