Cəlal İsayevdən vətəndaşlara maska ilə bağlı TÖVSİYƏ


Digərləri 08 Apr 2020 03:30:00 129 0

Cəlal İsayevdən vətəndaşlara maska ilə bağlı TÖVSİYƏ

Ev şəraitində hazırlanan maskalar aptekdə satılan maskalardan fərqlənir. Ancaq aptekdən almağa imkan və şərait olmadıqda istifadə etmək olar.

Son.az bildirir ki, bunu publika.az-a açıqlamasında ölkənin baş infeksionisti Cəlal İsayev deyib.

Baş infeksionist bildirib ki, maskalardan bir dəfədən çox istifadə etmək təhlükəlidir: "İnsanlar maskanı qaynadaraq və ya dezinfeksiya edərək təkrar istifadə edirlər. Bu halda maska öz əhəmiyyətini itirir. Adi cərrahi maska taxmaq lazımdır. Bunu da toplum yerlərinə gedərkən, qapalı məkanlarda olarkən istifadə etmək olar. Cərrahi maskaları iki saatdan bir dəyişmək lazımdır".

Cəlal İsayev deyib ki, insanlar virusa yoluxduğunu əvvəlcədən bilmədiyi üçün hər kəsin maskadan istifadə etməsi lazımdır. Çünki yoluxmanın əlamətləri iki həftəyə özünü göstərir. Bu müddətdə də bilmədən ətrafda olan insanları yoluxdura bilərsiniz".