Tramp: “Növbəti həftə ABŞ üçün ağır olacaq”


Dünya 08 Apr 2020 02:57:21 125 0

Tramp: “Növbəti həftə ABŞ üçün ağır olacaq”

“Birləşmiş Ştatlarda növbəti həftə ağır olacaq, ancaq koronavirusun yayılması ilə bağlı vəziyyət tədricən yaxşılaşmağa başlayacaq”.

“Birləşmiş Ştatlarda növbəti həftə ağır olacaq, ancaq koronavirusun yayılması ilə bağlı vəziyyət tədricən yaxşılaşmağa başlayacaq”.

“Report” TASS-a istinadən xəbər verir ki, belə qiymətləndirmə ilə ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlər üçün brifinqdə çıxış edib.

"Və mən ümid edirəm ki, növbəti həftə ərzində - bu, çox vaxt aparmayacaq - vəziyyət əks tərəfə inkişaf etməyə başlayacaq", - dövlət başçısı əminliyini ifadə edib.

"Hətta bu ağrılı həftə zamanı biz ümidin inandırıcı işıltılarını müşahidə edirik. Bu həftə çox ağır olacaq. Növbəti həftə, ən azı növbəti həftənin bir hissəsi və ehtimal ki, bütün həftə ağır olacaq. Bilirsiniz, əgər bir insan ölürsə, onda bu ağrılı həftədir", - Tramp əlavə edib.