Koronavirusdan ölənlərin cəsədlərini küçəyə atırlar və gözləyirlər ki... DƏHŞƏTLİ GÖRÜNTÜLƏR


Dünya 08 Apr 2020 02:30:00 123 0

Koronavirusdan ölənlərin cəsədlərini küçəyə atırlar və gözləyirlər ki...  DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

Koronavirus pandemiyası Cənubi Amerika ölkəsi Ekvadorda çöküşə səbəb olub.

Son.az xəbər verir ki, ölkədə infeksiyaya yoluxan şəxslər küçədəcə dünyasını dəyişir.

Quayaquil şəhərində 150-yə yaxın cəsəd küçələrdə qalıb. Səlahiyyətli şəxslərin sahib çıxması ümidilə yollara qoyulan cəsədlər təmizləmə işlərinin 3 gün davam etməsi səbəbilə çürüməyə başlayıb.

Vətəndaşların sosial mediada küçələrdə cəsədlərlə bağlı görüntülər paylaşmasından sonra ölkənin vitse-prezidenti Otto Sonnenholzner xalqdan üzr istəyib.

Quayaquilin bələdiyyə sədri ölkədə tabutların bahalı olmasına görə, ölənlərin ailələrinin karton qutulara üstünlük verdiyini açıqlayıb.