ABŞ-ın HDQ rəhbəri kobudluğuna görə istefaya getdi


Dünya 08 Apr 2020 01:21:48 125 0

ABŞ-ın HDQ rəhbəri kobudluğuna görə istefaya getdi

ABŞ-ın müdafiə naziri Mark Esper Hərbi Dəniz Qüvvələri nazirinin səlahiyyətlərinin müvəqqəti icraçısı Tomas Modlinin istefasını qəbul edib.

ABŞ-ın müdafiə naziri Mark Esper Hərbi Dəniz Qüvvələri nazirinin səlahiyyətlərinin müvəqqəti icraçısı Tomas Modlinin istefasını qəbul edib.

“Report” xəbər verir ki, bu barədə Epser özünün “Twitter”dəki səhifəsində yazıb.

“Bu səhər mən nazir Modlinin istefasını qəbul etdim. Prezidentin razılığı iləquru qüvvələri nazirinin müaviniCim MakfersonuHərbi Dəniz Qüvvələri nazirinin vəzifələrinin icraçısı təyin etdim", - Epser “Twitter”də bildirib.

Nazir bəyanatında vurğulayıb ki, Modli özü istefa haqqında ərizəsini təqdim edib. Epser Modlinin Hərbi Dəniz Qüvvələrinin naziri vəzifəsindəki xidmətlərini qeyd edib.

Pentaqon rəhbəri Makferson haqqında yazarkən xatırladıb ki, o, Hərbi Dəniz Qüvvələrində ümumilikdə 26 il xidmət edib və admiral rütbəsində istefaya çıxıb.

Qeyd edək ki, Modli daha əvvəl "Teodor Ruzvelt" təyyarədaşıyan gəmisinin kapitanının ünvanına kobud fikir bildirib. Gəminin heyəti arasında yüzlərlə hərbçi koronavirusa yoluxub.