Xoş müjdə: Alimlər koronavirusu 48 saata məhv edən dərman hazırladı


Digərləri 08 Apr 2020 01:01:00 144 0

Xoş müjdə: Alimlər koronavirusu 48 saata məhv edən dərman hazırladı

Avstraliyanın Melburn şəhərindəki Monash Universitetinin mütəxəssisləri laborator şəraitdə koronavorusun hüceyrələrdə böyüməsinin qarşısını alan dərman hazırlayıblar.

Son.az xəbər verir ki, universitetinin mütəxəssisləri parazit öldürücü İvermectin tabletinin laborator şəraitdə COVİD-19 vorusunu 48 saatda məhv etdiyini açıqlayıblar.

Bu barədə məlumat verən Universitetin alimi Kiyle Vagstaf (Kylie Wagstaff) deyib ki, apardığımız təcrübə zamanı bir doza İvermectin 24 saat içində COVİD-19 virusuna aid RNA viruslarının həcmini azaldır və 48 saatda isə tamamən  yox edir.

Hələ də dünyada koronavirusu yüz faiz sağaldacaq dərmanın tapılmadığını qeyd edən avstraliyalı alim  əlavə edib ki, bu dərman dünyanın bir sıra ölkələrində var. "İndiki şəraitdə müvəqqəti də olsa yardımçı olacaq. Lakin müalicə zamanı COVİD-19-a qarşı peyvənd olunması lazımdır" - alim bildirib.