“Karantin” sözünün mənası: 40 gün, 40 gecə


Digərləri 07 Apr 2020 23:35:00 264 0

“Karantin” sözünün mənası: 40 gün, 40 gecə

Hazırda karantin rejminin canlı şahidi olaraq, heç karantin sözünün mənasını,tərcüməsini və hardan qaynaqlandığını bilirsizmi?

Karantin 20-30 gün təyin olunur, əslində, tarixdə bu sözün tək bir mənası var idi və bütün Avropa bunu bilirdi.

Son.az medicina.az-a istinadən ilk karantinin tarixini təqdim edir: Karantin italyancadan "quarantine" sözündən olub,"40 gün, 40 gecə"deməkdir.

Bu rejim ilk dəfə indi koronavirusun epimərkəzi olan İtaliyanın məşhur Venesiya kanallar şəhərində, Roma hokuməti tərəfindən tətbiq olunub.

Belə ki, XIV əsrdə Venesiya limanlarına yan alan gəmiləri 40 günlük gözləmə rejiminə salıb, daxili limanlara keçməyə, yükünü boşaltmağa icazə vermirdilər.

Gəmidəkilərə də sahilə çıxmaq olmazdı. Bu digər ölkələrdən gəmi ilə dəhşətli taun və vəba kimi epidemik xəstəliklərin keçməsinin qarşısını almaq üçün idi.