#EVDƏQAL – Şəkilləri redaktə etməyi öyrədən


Digərləri 07 Apr 2020 23:40:00 208 0

#EVDƏQAL – Şəkilləri redaktə etməyi öyrədən

Bu gün mobil tətbiqlər vasitəsilə ən sadə şəkli belə, əsl incəsənət əsərinə çevirmək mümkündür. Sizə sadəcə olaraq, proqramı seçmək və şəkillərinizin üzərində işləmək lazımdır. "Bəs mənə uyğun olan proqramı necə seçim?" sualı sizi tərəddüdə salır?

Son.az ted.az-a istinadən işinizi asanlaşdırmaq üçün 5 məşhur fotoredaktə tətbiqini təqdim edirik.

Tətbiqləri təqdim etmədən öncə qeyd edək ki, sizin şəkil üzərindəki fotoredaktə işləriniz əlavə gəlir mənbəyiniz də ola bilər. Yəqin ki, mobil şəkillərlə pul qazanmaq haqqında fikirləşmisiniz, lakin bu haqda bir qədər sonra.

Gəlin, şəkil redaktəsi üçün bir neçə və ən yaxşı proqramları gözdən keçirək.

1. VSCO

Ən sevimli, rahat və pulsuz fotoredaktə proqramlarından biridir. VSCO-ya öyrəşmək olduqca rahatdır. Tətbiqin sadə alətləri yaradıcılıq üçün stimul verir.

Alətlərdən başqa, VSCO özündə fotoaparat və şəkil paylaşımı üçün funksiyanı da daşıyır. Tətbiq iOS və Android istifadəçiləri üçün keçərlidir.

2. Snapseed

Snapseed digər tətbqilərdən fərqli olaraq, özündə müxtəlif filtir funksiyasını daşıyır. Bu tətbiqin arzuolunmaz detalları silmək üçün sehrli fırçası da var.

iOS və Android istifadəçiləri üçün keçərli olan Snapseed faylları RAW və DNG formatında dəstəkləyir.