Huawei ABŞın sanksiyalarına görə zərərini açıqladı


Digərləri 07 Apr 2020 23:30:00 127 0

Huawei ABŞın sanksiyalarına görə zərərini açıqladı

Çinin texnologiya nəhəngi Huawei şirkəti ötən il ABŞ-ın sanksiyalarına görə şirkətə dəyən zərəri açıqladı.

Son.az ted.az-a istinadən bildirir ki, bu haqda şirkətin nümayəndəsi Eric Xu məlumat yayıb.

O bildirib ki, 2019-cu il ərzində Huawei şirkəti 12 milyard dollar zərər görüb: "Lakin bu sanksiya və dəyən zərər şirkətin fəaliyyətinə təsir edə bilmədi. Bildiyiniz kimi ötən ilin may ayında ABŞ Huawei-yə qarşı ticarət sanksiyasına başladı. Bununla da, Huawei yeni smartfonlarına Google xidmətlərini əlavə edə bilmədi".

Qeyd edək ki, şirkətin bir müddət əvvəl verdiyi açıqlamaya görə, əsas zərər görən smartfon, kompüter və planşet biznesi olub.