"Formula1" üzrə Kanada Qran Prisi təxirə salındı


Digərləri 07 Apr 2020 23:11:00 137 0

"Formula1" üzrə Kanada Qran Prisi təxirə salındı

"Formula-1" üzrə Kanada Qran Prisi yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılması səbəbilə qeyri-müəyyən müddətə təxirə salınıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Kanada Qran Prisinin təşkilatçıları bildirib.

Bildirilir ki, Kanada Qran Prisi 12-14 iyul tarixlərində Monrealda baş tutmalı idi.

Qeyd edək ki, yarışlar Kanadada 1961-ci ildən keçirilir. Bu müddət ərzində Monrelda keçirilən Qran Pri üç dənə ləğv edilib: 1975, 1987 və 2009-cu illərdə.