#EVDƏQAL – Fransız dili öyrən –


Digərləri 07 Apr 2020 22:55:00 179 0

#EVDƏQAL – Fransız dili öyrən –

Artıq əcnəbi dilləri İnstaqram, Feysbuk və Pinterest tətbqiləri vasitəsilə də effektiv şəkildə öyrənmək mümkündür. Smartfonlar sizə onlayn olaraq istənilən dili öyrənə və biliklərinizi inkişaf etdirə bilməyinizə köməklik göstərir.

Son.az ted.az-a istinadən fransız dilini öyrənməkdə kömək olacaq 5 mobil tətbiqi təqdim edir.

1. Andorid və iOS əəliiyat sistemlərinə adaptasiya edilmiş Learn French by Bravolol Limited tətbiqi yeni başlayanlar üçün ən mükəmməl tətbiqlərdəndir. Bu proqram vasitəsilə 800 faydalı söz öyrənmək olar. Fransızca danışan tutuquşu istifadəçilərə fransız dilində yazmağı, tələffüz etməyi də öyrədir. Tətbiqdə maraqlı funksiya da var. İstifadəçi bu funksiya vasitəsilə səs yazıb tələffüzünün fransız dilinə nə qədər uyğun olduğunu da yoxlaya bilərlər.

2. Android və iOS üçün daha bir tətbiq Memrise-dir. Bütün səviyyə üzrə fransız dilini öyrənməyə kömək edir. Müəlliflər fransız dilini onlayn şəkildə maraqlı üsulla öyrənməyi təklif edirlər. Proqramda leksikanı öyrənmək üçün ifadələri yadda saxlayıb təkrarlayan funksiya da mövcuddur.

3. Learn French with Babbel (Android və iOS). Fransızca başa düşmək istəyən insanlar üçün ideal vasitədir. Tətbiqdə leksika və qrammatikaya həsr olunmuş audio və video dərslər var. İstifadəçi hansısa tapşırıq yerinə yetirərək onu fransız dilini bilən birinə yoxlama üçün göndərə də bilər.