Rusiyada 3 yaşadak uşağı olan ailələrə maddi yardım ediləcək


Dünya 07 Apr 2020 22:39:00 144 0

Rusiyada 3 yaşadak uşağı olan ailələrə maddi yardım ediləcək

Rusiya prezidenti Vladimir Putin karantin rejimi dövründə uşaqlı ailələrə yardım göstərilməsi barədə sərəncam verib.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Kremlin saytında yazılıb. Sərəncama əsasən, aprel-iyun ayları ərzində ailələrə 3 yaşadək hər uşağa görə  5 min rubl (təxminən 112 manat) pul veriləcək.

Bu ödənişlər üçün oktyabrın 1-dək edilən müraciətlər də nəzərə alınacaq.