Dünya muzeylərinə səyahət et


Digərləri 07 Apr 2020 22:01:00 142 0

Dünya muzeylərinə səyahət et

Koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə xüsusi karantin rejimi elan olunması, insanları evdə qalaraq, müxtəlif məşğuliyyətlər tapmağa sövq edir.

Son.az ted.az-a istinadən bu vaxtı səmərəli istifadə etməyiniz üçün "Evdə qal" rubrikası çərçivəsində onlayn səyahət edə biləcəyiniz muzeyləri təqdim edir:

-Musei Vaticani

Bu link vasitəsilə Romada yerləşən Vatikan muzeyini onlayn ziyarət etmək mümkündür. Portala giriş zamanı onlayn səyahət üçün bir neçə kateqoriya açılır. Onlardan birini seçib uyğun tarixi eksponatları izləmək olar.

-Metropolitan Museum

Nyu-Yorkda yerləşən bu muzey incəsənət sevənlərin diqqətini çəkir. Onlayn səyahət zamanı daha çox nəticə görmək üçün portalda qeydiyyatdan keçmək tələb olunur. Səyahət ödənişsizdir. Portaldakı "collections" bölümünə daxil olduqda səyahət üçün müxtəlif rəssamların ev muzeyləri gəlir.

-British Museum

Link vasitəsilə Londonda yerləşən Britaniya muzeyinə səyahət mümkündür. Portalda kolleksiyalar, üzvlər, həmçinin "blog" bölməsində eksponatlarla bağlı məlumatlar yerləşdirilib.