Fransada koronavirus qurbanlarının sayı on min nəfəri ötdü
Dünya 07 Apr 2020 21:52:53 126 0
Fransanın xəstəxanalarında və tibbi-sosial müəssisələrində koronavirusdan ölənlərin sayı kəskin şəkildə artıb.
Fransanın xəstəxanalarında və tibbi-sosial müəssisələrində koronavirusdan ölənlərin sayı kəskin şəkildə artıb.
“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamentinin rəhbəri Jerom Salomon bildirib.
"Xəstəxanalarda 7 091 insan öldü", - Salomon deyib. O, qeyd edib ki, ötən gün ərzində daha 607 xəstə ölüb.
Ölkədəki qocalar evlərində epidemiyanın başlanğıcından 3 237 insan xəstəlikdən vəfat edib. Beləliklə, Fransada koronavirusdan ölənlərin ümumi sayı 10 328 nəfər təşkil edib.
Mənbə: report.az