NASA Mars helikopterini sonuncu dəfə testdən keçirdi


Digərləri 07 Apr 2020 21:40:00 106 0

NASA Mars helikopterini sonuncu dəfə testdən keçirdi

NASA Marsa göndərəcəyi helikopterin sonuncu testlərini tamamladığını açıqlayıb.

Son.az ted.az-a istinadən bildirir ki, helikopter kainatın araşdırılmalı olan nöqtələrini qeyd edəcək və gələcək səyahətlər üçün məlumat toplayacaq. O, 1,8 kiloqram ağırlığında, 120 santimetr uzunluğunda qanadlara sahibdir. Üzərindəki Günəş panelləri ilə enerji ehtiyatını təmin edən kosmik helikopter Marsdakı temperaturun da öhdəsindən gələ biləcək.  Onun hər uçuşu təxmini 90 dəqiqə davam edəcək. Nəticədə kosmik helikopter Yerdən 5 kilometr uzaqlaşa biləcək. Helikopterin aşağısındakı 12 Mp-lik kamerası isə görüntüləri Yerə göndərəcək.