Göyçay, Ağdaş və Ağsuda karantin rejimini pozanlar cərimələndi


Sosial 07 Apr 2020 21:06:49 138 0

Göyçay, Ağdaş və Ağsuda karantin rejimini pozanlar cərimələndi

​Göyçay, Ağdaş və Ağsu rayonlarında karantin rejimini kobud şəkildə pozan vətəndaşlar cərimə olunublar.

Göyçay, Ağdaş və Ağsu rayonlarında karantin rejimini kobud şəkildə pozan vətəndaşlar cərimə olunublar.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, gün ərzindən Göyçayda 24,Ağdaşda 6,Ağsuda isə 16 nəfər barəsindəkarantin rejimi qaydalarını pozduqlarına görə rayon polis şöbəsinin əməkdaşları tərəfindən inzibati qaydada protokol tərtib olunub.

Ümumilikdə hər üç rayonda İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasənkarantin rejimini pozduqlarında görə46 şəxs100 və 200 manat məbləğində cərimələnib.

Hazırda polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirirlər.