Əfv edilən məhkum: Cənab Prezidentin əfv sərəncamı mənə və ailəmə əsl sevinc yaşatdı


Digərləri 07 Apr 2020 21:03:00 126 0

Əfv edilən məhkum: Cənab Prezidentin əfv sərəncamı mənə və ailəmə əsl sevinc yaşatdı

Cənab Prezidentin əfv sərəncamı mənə və ailəmə əsl sevinc yaşatdı.

Son.az bildirir ki, bunu Trend-ə dələduzluqda təqsirləndirilərək həbs olunan Əkbərov Mövlud Bağdəsər oğlu deyib.

Cəzasının 1 il 6 ayını cəzaçəkmə müəssisəsində keçirən məhkum əfv olunduğu üçün sevinir:

"Cəzaçəkmə müəssisəsində məhkumlara çox yaxşı baxırlar. Bir il ərzində heç bir şikayətimiz olmayıb. Koronavirusa görə müayinədən keçirilmişəm. Hər şey yaxşıdır".

Kimya müəllimi olan Mövlud Əkbərov əfv olunduğu üçün Prezident İlham Əliyevə təşəkkür edib:

"Ölkə başçısına təşəkkür edirəm. Bizi yenidən azadlığımıza qovuşdurdu".