Ağır koronaviruslu xəstələrə tətbiq olunan ECMO nədir?


Digərləri 07 Apr 2020 21:05:00 120 0

Ağır koronaviruslu xəstələrə tətbiq olunan ECMO nədir?

Reanimasiyaya ehtiyacı olmuş xəstələrə (yenidoğulmuş , uşaq , böyük olaraq ) göstəriş olduqda və klinikanın şərtləri müvafiqdirsə , tibbin son standartlarına uyğun olaraq ECMO istifadəsi lazım gələ bilər.

ATU Tədris Cərrahiyyə Klinikasının Neonatologiya şöbəsinin müdiri Dr. Aygün Rüstəmxanlının ECMO barədə geniş təhlil və məlumatını təqdim edirik. ECMO nədir, nə zaman ehtiyac olur, kimlərə edilir?

ECMO xəstəyə zaman qazandırmaqda faydalı olan müalicə üsuludur Tətbiqi ücün xəstədə geri dönüşlü bir xəstəlyin olması vacibdir .

Bu nə deməkdir ? Məsələn: Xəstə ciddi ürək catışmamazlığı ilə daxil olur və bunun səbəbi dəqiqləşir - miokardit

Nəticə etibarı ilə miokarditin yaranma səbəbi əsasən viruslardır ki , cox zaman geri dönüşlüdür . Əsas xəstəliyin müalicəsi ücün vaxt qazansaq, xəstə toparlanacaqdır .

ECMO - kimə , hansı göstəricilərdə tətbiq olunmalıdır ?

Kəskin sərhəd qoyulmuş hüdudları yoxdur .

Geri dönməsi mümkün bilinən, tibbi problemlərlə izlədiyimiz xəstədə digər bütün üsullar effekt vermirsə icra olunmalıdır . Lakin burada bir xüsusi yanaşma olmalıdır. Əgər bütün üsulların effekt verməyini gözləsək, bu zaman da ECMO ücün gecikmiş ola bilərik . Zamanlama ücün qızıl orta xəstədən - xəstəyə həkim dəyərləndirməsinə görə uygun bilinməlidir.

Beləliklə ECMO - keçici bir invaziv müdaxilə olmaqla, altda yatan problemin həllinədək zaman qazandıraraq, xəstədə oksigenasiyanı təmin etmə metodudur .

İki fərqli ECMO vardır :

Vena- Venoz ECMO Vena - Arterial ECMO

Yəni nəticə etibari ilə sizin iki kateteriniz vardır .

Qanı Venoz sistemdən alıb təkrar venoz sistemə göndərən VV ( vena- venoz ) ECMO ağ ciyərlərlə , ventilyasya ilə bağlı oksigenizasiya pozğunluqlarında icra olunur .

Qanı venoz sistemdən alaraq arterial sistemə göndərən kardiak sistemlə, qanın pompalanması ilə bağlı oksigenasiya pozğunluqlarında Vena Atreal ECMO icra olunur .

Drenə edilən vena - femoral vena, internal yuqular vena ola bilər. Drenə olunmuş qan sentrifuqal pompaya axır . Buradan pompalanmış qan ECMO cihazının membranına ( Membrane Lung ) ötürülür Qan burdan kecərkən karbondioksid uzağlaşdırılaraq oksigenizasiya təmin edlir . Buna hava və oksigen qarışdırıcı blendor dəstək verəcəkdir .

Daha sonra isə xəstənin öncədən secdiyimiz, kateterizə etdiyimiz venoz və ya arteriyal sisteminə ötürüləcəkdir .

Bu sistemdə dövranı zamanı bir sıra yerlərdə təzyiq ölcülür .

Pompanın önündə, membrandan sonra təzyiq ölcmə klapanları vardır Bundan əlavə hava qabarcığı girişi risqini aradan götürmək ücün sentrifuqal pompadan birbaşa sonra aftosensorlar vardır .