Türkiyədə pandemiya qurbanlarının sayı 725 nəfərə yüksəldi


Dünya 07 Apr 2020 20:45:56 127 0

Türkiyədə pandemiya qurbanlarının sayı 725 nəfərə yüksəldi

Türkiyədə daha 76 nəfər pandemiyanın qurbanı olub.

Türkiyədə daha 76 nəfər pandemiyanın qurbanı olub.

“Report” xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

Onun sözlərinə görə, ölkədə pandemiyadan ölənlərin ümumi sayı 725nəfərə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 380 000-i ötüb. Bunların 297 583 nəfəri sağalıb, 79 071 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.