Donald Tramp Ümumdünya Səhiyyə Təşkilatını tənqid edib


Dünya 07 Apr 2020 20:27:00 113 0

Donald Tramp Ümumdünya Səhiyyə Təşkilatını tənqid edib

ABŞ Prezidenti Donald Tramp Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) tənqid edib.

Son.az APA-ya istinadən xəbər verir ki, Donald Tramp bu barədə "Twitter"də bildirib.

O qeyd edib ki, ÜST şansını əldən qaçırıb: "Əsasən ABŞ tərəfindən maliyyələşdirilən bu təşkilat nədənsə daha çox Çin yönümlüdür. Biz bu məsələyə nəzər salacağıq. Xoşbəxtlikdən mən onların Çinlə sərhədi açıq saxlamaq təklifini vaxtında rədd etdim. Onlar niyə bizə belə bir səhv tövsiyə vermişdilər?".