İİTKM: Pandemiya Azərbaycanın qeyri-neft ixracına ciddi təsir etməyib


İqtisadiyyat 07 Apr 2020 20:09:02 114 0

İİTKM: Pandemiya Azərbaycanın qeyri-neft ixracına ciddi təsir etməyib

​İİTKM: Pandemiya Azərbaycanın qeyri-neft ixracına ciddi təsir etməyib

"Koronavirus (COVID-19) pandemiyasının təsiri ilə bütün dünyada iqtisadi fəallığın aşağı düşməsi, iqtisadi artım tempinin zəifləməsi xarici ticarət əməliyyatlarına təsir göstərib. Bununla belə, pandemiya Azərbaycanın qeyri-neft ixracına ciddi təsir etməyib".

"Report" xəbər verir ki, bunu "ASAN Radio"nun efirində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə bildirib.

"Azərbaycanın üstünlüyü ondadır ki, ixrac etdiyi qeyri-neft məhsullarının tərkibində ərzaq və qida məhsulları üstünlük təşkil edir. Bunların isə həmişə alıcısı var. Odur ki, ixracda nəzərəçarpacaq azalma yoxdur. Qeyri-ərzaq mallarının ixracında isə azalma olmalıdır. Çünki bütün ölkələrdə, o cümlədən Azərbaycanda belər bir vaxtda insanlar qeyri-ərzaq malları almırlar", - o qeyd edib.