Afrikada koronavirusa yoluxanların sayı 10 min nəfəri ötüb


Dünya 07 Apr 2020 19:54:00 106 0

Afrikada koronavirusa yoluxanların sayı 10 min nəfəri ötüb

Afrika qitəsində koronavirusa yoluxanların sayı 10 min nəfəri ötüb.

Son.az Trend-ə istinadən xəbər verir ki, 52 ölkədə 487 nəfər vəfat edib.

Ən çox yoluxma faktı Cənubi Afrika Respublikasında qeydə alınıb. Bu ölkədə 1 686 nəfər virusa yoluxub, 12 nəfər həyatını itirib.

Əlcəzairdə 1423, Misirdə 1322 yoluxma qeydə alınıb.

Koronavirusdan ölənlərin sayına görə isə Əlcəzair liderlik edir. Bu ölkədə 173 nəfər virusun qurbanı olub.