Koçaryan Paşinyanı məhkəməyə verib


Dünya 07 Apr 2020 19:34:00 102 0

Koçaryan Paşinyanı məhkəməyə verib

Ermənistanın sabiq prezidenti Robert Koçaryan hazırkı baş nazir Nikol Paşinyanı məhkəməyə verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, R.Koçaryan böhtan nəticəsində şərəf və ləyaqətinin təhqir olunması iddiası ilə məhkəməyə müraciət edib.

İddia aprelin 3-də Yerevan məhkəməsinə təqdim edilib.

Qeyd edək ki, R.Koçaryan 2018-ci ilin sonlarında həbs olunmuşdu. O, 2008-ci ildə etiraz aksiyalarını dağıdılmasında ittiham olunub.