Ayrılıq səbəbləri evlilik imiş


Digərləri 07 Apr 2020 19:24:00 113 0

Ayrılıq səbəbləri evlilik imiş

Türkiyəli müğənni Kutsi ilə sevgilisi Feyza Çıpanın ayrılıq səbəbi bəlli olub.

Son.az Axşam.az-a istinadən xəbər verir ki, "Posta" qəzeti məlumat yayıb ki, aktrisa Kutsi onunla evlilikdən boyun qaçırdığı üçün ayrılıb.

Bildirilir ki, daha öncə beş dəfə müğənnidən ayrılan Feyza 2017-ci ildə yenidən barışıb və nişanlanıb. Bu dəfə isə sənətçi Kutsidən ayrılmaqda qərarlıdır. Çünki o, ailə qurmaq və ana olmaq istəyir. İfaçının evlilik fobiyası isə buna mane olur. Hazırda Kutsi nişanlısı ilə barışmaq istəsə də, aktrisa onun telefonlarına cavab vermir.

Qeyd edək ki, cütlük 2012-ci ildə "Huzur sokağı" serialının çəkilişləri zamanı tanış olub. Kutsu bu sevgi münasibətinə görə qızları Ceylin Ada və Lilanın anası Sinem Bayraktutardan 2015-ci ildə boşanıb.