Sahil Babayev: "Birdəfəlik ödəməyə müraciət edənlərin əksəriyyəti işləyən şəxslərdir"


Digərləri 07 Apr 2020 18:22:00 142 1

Sahil Babayev: "Birdəfəlik ödəməyə müraciət edənlərin əksəriyyəti işləyən şəxslərdir"

Son iki gündə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi ilə bağlı qeyri-ciddi məlumatlar paylaşılır. Şayiələr yayırlar ki, bu vəsait guya hər kəsə ödəniləcək. İnsanlar yalnız rəsmi məlumatlara inansınlar. Daxil olan müraciətləri araşdırdıqda müraciət edənlərin əksəriyyətinin işləyən, yaxud dövlətdən sosial ödəniş alan şəxslər olduğu məlum olur.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, dövlətin dəstəyi sosial cəhətdən həssas təbəqəyə yönəlib:

"Məqsəd odur ki, kənarda qalan ailələrə dəstək verək. Birdəfəlik ödəmə dövlətdən sosial ödəniş almayan şəxslər üçündür. Dövlətdən sosial ödəniş alan heç bir şəxs bu vəsaiti alan kontingentə düşmür".

S.Babayev qeyd edib ki, birdəfəlik müavinət bir ailəyə bir dəfə veriləcək. Ödəniş elektron qaydada həyata keçiriləcək. Xüsusi karantin rejimi uzansa, onda bu şəxslər həmin dövrdə də bu vəsaiti alacaqlar: