"Karantindən sonra toydur"


Şou-biznes 07 Apr 2020 18:24:00 179 0

"Karantindən sonra toydur"

Müğənni Sevda Yahyayeva sosial şəbəkədə izləyicilərinin suallarını cavablandırıb.

Son.az Axşam.az-a istinadən xəbər verir ki, sənətçiyə daha çox toyunun nə vaxt olacağı ilə bağlı suallar ünvanlanıb.

"Nişanlım məndən 4 yaş böyükdür. Toyumuz karantin bitəndən sonra olacaq. Hazırda ailəmlə yaşayıram. Toydan sonra köçəcəm Zakirin (nişanlısı - red.) evinə" deyə, Sevda vurğulayıb.

Qeyd edək ki, Sevda Zakir Bayramov adlı həkimlə münasibətlərini rəsmiləşdirib. Onun nişanlısı "Leyla Şıxlinskaya" klinikasında həkim-genetik olaraq çalışır.