Azərbaycanla Gürcüstan arasında yük daşımaları xüsusi protokol əsasında həyata keçirilir


Digərləri 07 Apr 2020 18:17:00 131 0

Azərbaycanla Gürcüstan arasında yük daşımaları xüsusi protokol əsasında həyata keçirilir

Gürcüstan-Azərbaycan sərhədində gömrük sərhəd-keçid məntəqələrindən bütün yük daşımaları 24 saat ərzində xüsusi hazırlanmış protokol əsasında həyata keçirilir.

Son.az xəbər verir ki, bu barədə Trend Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin hesabatına istinadən məlumat verib.

Qeyd olunur ki, Azərbaycan və Gürcüstan ərazilərində profilaktik tədirlərin keçirilməsi ilə əlaqədar nəqliyyat vasitələri xüsusi protokol əsasında gömrük sərhəd-keçid məntəqələrindən keçir.

Xatırladaq ki, Azərbaycanda koronavirus epidemiyası ilə əlaqədar aprelin 5-dən 20-dək ölkəyə yük daşımaları istisna olmaqla yerüstü və hava nəqliyyatı ilə giriş-çıxış tamamilə dayandırılıb.