"Amazon" “sosial məsafə”ni qorumayan şəxsləri işdən çıxaracaq


İqtisadiyyat 07 Apr 2020 17:34:08 99 0

"Amazon" “sosial məsafə”ni qorumayan şəxsləri işdən çıxaracaq

"Amazon" “sosial məsafə”ni qorumayan şəxsləri işdən çıxaracaq

ABŞ-ın elektron ticarət nəhəngi “Amazon” koronavirus epidemiyası ilə əlaqədar anbarda işləyən əməkdaşlarına “sosial məsafə” ilə bağlı xəbərdarlıq edib.

“Report” CNBC-yə istinadən xəbər verir ki, şirkət "sosial məsafə"ni qorumayan şəxslərin işdən çıxarılacağını bildirib.

Məsələyə rəsmi şəkildə münasibət bildirən“Amazon” isə bəyan edib ki, bucəza tədbiri “sosial məsafə” qanununu məqsədli şəkildəpozan işçilərə şamil ediləcək.

Xatırladaq ki, "Amazon"un dünya üzrə 175 anbarı var və yalnız Şimali Amerikadakı anbarlarda 125 min işçi çalışır. Koronavirus səbəbi ilə artan sifarişləri çatdırmaq üçün şirkət ötən həftələrdə ABŞ-da 100 min adamı işə götürəcəyini açıqlamışdı.

Bundan başqa, koronavirus epidemiyasının təsiri ilə beynəlxalq birjalarda şirkət səhmlərinin dəyəri sürətlə endiyi halda, elektron sifarişlərə tələbin artması ilə “Amazon”un səhmlərinin dəyəri bu ilin əvvəlindən 8% artıb.