Britaniya Baş Nazirinə pnevmoniya diaqnozu qoyulmayıb


Dünya 07 Apr 2020 17:47:00 106 0

Britaniya Baş Nazirinə pnevmoniya diaqnozu qoyulmayıb

"Baş Nazir Boris Conson süni tənəffüs aparatına qoşulmayıb, o, özü nəfəs alır. Həkimlər ona pnevmoniya diaqnozu qoymayıb".

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Baş Nazirin sözçüsü bildirib.

O deyib ki, gecəboyu Baş Nazirin vəziyyəti stabil olub, əhvalı yaxşıdır.

Baş Nazirin sözçüsü B. Consonun mərkəzi Londonda yerləşən "Müqəddəs Tomas" xəstəxanasının reanimasiya şöbəsində olduğunu qeyd edib.