Valideynlərinin əlqolunu bağlayıb evə od vurdu


Dünya 07 Apr 2020 17:49:00 110 0

Valideynlərinin əlqolunu bağlayıb evə od vurdu

Türkiyənin Konya şəhərində yaşayan şəxs ata-anasının əl-qolunu bağlayaraq, onları girov götürüb və yaşadıqları evi yandırıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, Y.Y. valideynləri ilə mübahisə etdikdən sonra onların əl-qolunu bağlayıb.

Daha sonra o, evi yandırıb və eyvana çıxaraq havaya atəş açıb.

Qonşular polis, təcili tibbi yardım və yanğınsöndürən çağırıblar.

Polis Y.Y-ni nəzarətə götürüb. Girov götürülən ata-ana isə xəstəxanaya çatdırılıb.