SOCAR Rumıniyada 6 yanacaqdoldurma məntəqəsinin icarə hüququnu əldə edib


Digərləri 07 Apr 2020 17:22:00 128 0

SOCAR Rumıniyada 6 yanacaqdoldurma məntəqəsinin icarə hüququnu əldə edib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə şirkəti "SOCAR Petroleum" Rumıniyada "Aral M.T.B." şirkətinə məxsus 6 yanacaqdoldurma məntəqəsinin icarə hüququnu əldə edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, Rumıniyanın Rəqabət Şurası icarə sazişini təsdiqləyib.

Qeyd olunur ki, Arad, Timiş və Sibiu bölgələrində yerləşən 6 yanacaqdoldurma məntəqəsi icarə müqaviləsi əsasında SOCAR tərəfindən istismar ediləcək:

"Aparılan təhlildən sonra məlum olub ki, bu saziş Rumıniya bazarında səmərəli rəqabət üçün maneə yaratmır".