“ExxonMobil” xərclərini 30% azaldır


İqtisadiyyat 07 Apr 2020 17:01:10 122 0

“ExxonMobil” xərclərini 30% azaldır

​“ExxonMobil” xərclərini 30% azaldır

ABŞ-ın nəhəng enerji şirkəti “ExxonMobil” 2020-ci il üzrə kapital xərclərini azaldaraq 23 mlrd. ABŞ dolları səviyyəsində müəyyən edib.

“Report”un “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, şirkət ehtiyac olarsa, xərclərin yenidən azaldılacağını açıqlayıb.

“ExxonMobil”in bu il üçün kapital xərclərinin məbləği33 mlrd. ABŞ dolları nəzərdə tutulurdu.

Şirkətin baş icraçı direktoru Darren Vuds bildirib ki, növbəti illər üçün xərclərin 30-35 mlrd. ABŞ dolları olması planlaşdırılırdı, amma 2021-ci il üzrə də xərclər azala bilər.

Şirkətin ötən ilki xərcləri 26 mlrd. ABŞ dolları təşkil edib.