47 yaşlı kişi 33 yaşlı qadına köşkdə təcavüz etdi


Digərləri 07 Apr 2020 17:02:00 101 0

47 yaşlı kişi 33 yaşlı qadına köşkdə təcavüz etdi

Bakının Xətai rayonunda qadına işlədiyi köşkdə təcavüz edən 1973-cü il təvəllüdlü Vaqif Məmmədovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti artırılıb.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, Xətai rayon Məhkəməsində hakim Cavid Hüseynin sədrliyi ilə baş tutan iclasda istintaq orqanını vəsatəti təmin edilib.

Vaqif Məmmədovun barəsində həbs müddəti 2 aya qədər artırılıb.

İttihama görə, ötən il sentyabrın 8-də 1987-ci il təvəllüdlü paytaxt sakini L. A. Xətai rayonu, Zığ şossesi yaxınlığındakı bir nömrəli binada yerləşən köşkə işə gələrkən, səhər saat 10-da hücuma məruz qalıb.

Köşkə basqın edən naməlum şəxs qadını bıçaqla hədələyərək onu zorlamaq istəyib. Müqavimətlə rastlaşan cinayətkar fikrini dəyişərək, qadından pul tələb edib.

Kassada olan 650 manatı götürən qarətçi hadisə yerindən uzaqlaşıb.