"WhatsApp" ismarıcların göndərilməsinə məhdudiyyət qoyub


Digərləri 07 Apr 2020 17:07:00 97 0

"WhatsApp" ismarıcların göndərilməsinə məhdudiyyət qoyub

"Facebook"a məxsus "WhatsApp" messenceri koronavirus pandemiyası fonunda istifadəçilər tərəfindən müxtəlif ismarıcların təkrar göndərilməsi ilə bağlı məhdudiyyət tətbiq edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə şirkətin bəyanatında deyilir.

Qeyd olunur ki, virusla əlaqədar olaraq istifadəçilər tibb işçilərinə dəstək məqsədilə "WhatsApp"da müxtəlif aksiyalar təşkil edirlər. Bu qruplarda təkrar göndərilən mesajlar çoxluq təşkil edir.

Bir çox istifadəçilər bunun sayəsində dezinformasiyanın yayılmasından narahatlığını ifadə edib.