Aleksandr Lukaşenko hökuməti istefa ilə təhdid edib


Dünya 07 Apr 2020 16:26:14 82 0

Aleksandr Lukaşenko hökuməti istefa ilə təhdid edib

“Nəsə edə bilməməyimiz, əhali üçün maskalar tikə bilməməyimiz rüsvayçılıqdır"

© Sputnik / Виктор Толочко — Aleksandr Lukaşenko

Belarus prezidenti Aleksandr Lukaşenko koronavirusun yayılması şəraitində tibb işçiləri üçün fərdi qoruyucu vasitələrin çatışmazlığı halında hökuməti istefa ilə təhdid edib.

Bu barədə “Report” “BelTA”ya istinadən xəbər verir.

“Baş nazir və hökumətə xəbərdarlıq etmişəm: həftənin sonuna qədər cavabdeh insanlar mənə apteklərdə, dükanlarda və ya xəstəxanalarda nəyinsə, xüsusən tibb işçiləri üçün qoruyucu vasitələrin çatışmadığını bildirsələr, heç bir hökumət olmayacaq. Başqaları işləyəcək”, - A.Lukaşenko deyib.

O, hökumətə gələn bazar ertəsinə qədər qoruyucu vasitələrin olması ilə bağlı problemləri həll etməyi tapşırıb. “Nəsə edə bilməməyimiz, əhali üçün maskalar tikə bilməməyimiz rüsvayçılıqdır”, - Belarus prezidenti bildirib.