Terrorçu PKK-nın silahlıları koronavirusa yoluxub


Dünya 07 Apr 2020 16:36:25 88 0

Terrorçu PKK-nın silahlıları koronavirusa yoluxub

Süleymaniyyədə bu terrorçu qruplaşma üçün xəstəxana hazırlanıb

İraqın şimalında və İraq-İran sərhədinə yaxın bölgədə fəaliyyət göstərən terrorçu PKK/YPG-PYD qruplaşmasının 70-ə yaxın silahlısı koronavirusa yoluxub.

“Report” “Aksam”a istinadən xəbər verir ki, onlar İraqın Süleymaniyyə şəhərindəki xəstəxanaya yerləşdiriliblər.

Bildirilib ki, Süleymaniyyədə bu terrorçu qruplaşma üçün xəstəxana hazırlanıb. Həmin xəstəxanada terrorçuların müalicəsi planlaşdırılıb. Ancaq orada tibb işçilərinin çatışmadığı da qeyd olunub.

Qeyd edək ki, ABŞ terrorçu PKK/YPG-PYD qruplaşmasının nəzarəti altında olan Suriyanın Haseke və Şəddadi şəhərlərinə koronavirusla mübarizə məqsədilə 1,2 milyon ABŞ dolları dəyərində tibbi ləvazimat göndərib.