Afrika ölkəsində terror aktı törədildi, 13 nəfər öldü


Dünya 07 Apr 2020 16:51:50 99 0

Afrika ölkəsində terror aktı törədildi, 13 nəfər öldü

Hadisə Afrikanın qərbindəki Nigeriyada baş verib

Qərbi Afrika ölkəsi olan Nigeriyanın Adamava ştatının Kirçinqa kəndinə gələn “Boko Haram” terrorçuları ətrafa nizamsız atəş açmağa başlayıblar.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, nəticədə 13 nəfər terror hadisəsinin qurbanı olub.

Məlumata görə, hücum əsnasında bir çox ev yandırılıb, xalqın qida məhsulları da terrorçular tərəfindən oğurlanıb.

Qeyd edək ki, “Boko Haram” terror təşkilatının 2009-cu ildən indiyədək keçirdiyi hücumlar nəticəsində 20 mindən çox insan həlak olub. Terrorçular 2015-ci ildən başlayaraq Nigeriyanın qonşu ölkələri Kamerun, Çad və Nigerdə də terror aktları törədiblər.