“BirBank” ölkənin lider mobil tətbiqidir!


İqtisadiyyat 07 Apr 2020 17:00:00 115 0

“BirBank” ölkənin lider mobil tətbiqidir!

​“BirBank” ölkənin lider mobil tətbiqidir!

Azərbaycan Mərkəzi Bankı "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyi ilə birgə keçirdiyi ənənəvi illik müsabiqənin nəticələrini açıqlayaraq, qalib bankların adlarını açıqlayıb. 2019-cu ilin “Mobil bankçılıq xidməti üzrə lider bank” nominasiyasının qalibi “Kapital Bank” ASC (“BirBank” mobil tətbiqi) olub.

Qeyd edək ki, 2013-cü ildən başlayaraq bu müsabiqə çərçivəsində rəqəmsal ödənişlərin genişləndirilməsi, innovativ ödəniş həllərinin tətbiqi, elektron bankçılığın inkişafı istiqamətlərində müxtəlif nominasiyalar üzrə illik əsasda müsabiqə təşkil edilir və fərqlənən bankların mükafatlandırılması həyata keçirilir.

Xatırladaq ki, ölkə üzrə ən məşhur olan “BirBank” tətbiqinin 1 milyondan artıq istifadəçisi var. iOS və Android əməliyyat sistemlərinin istifadəçiləri 1 dəqiqə vaxt sərf edərək, onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər. Tətbiqin bir sıra üstünlükləri vardır: rahat qeydiyyat, yerinde digital kartın aktivləşdirilməsi, NFC odənişlər, bonuslarin toplanılması və s. Ətraflı məlumat üçün www.birbank.az və ya 196 Məlumat Mərkəzi.