61 yaşlı taksi sürücüsü məktəbə aparıbgətirdiyi üç azyaşlı qıza görün nələr etdi


Digərləri 07 Apr 2020 16:52:00 92 0

61 yaşlı taksi sürücüsü məktəbə aparıbgətirdiyi üç azyaşlı qıza görün nələr etdi

Şəmkir rayonunda mıəktəbli qıza təcavüzdə ittiham olunan 1959-cu il təvəllüdlü Vidadi Rüstəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, Vidadi Rüstəmov taksi fəaliyyəti ilə məşğul olduğu özünə məxsus "VAZ 2107" markalı avtomobillə 2017-ci il sentyabr ayının ortalarından həmin ilin dekabr ayının sonlarınadək və 2018-ci ilin ilin sentyabr ayının ortalarından həmin ilin dekabr ayının sonlarınadək 2008-ci il təvəllüdlü Samirə Məmmədovaya (cinayət işində adı keçən zərərçəkmişlərin ad və soyadları şərti verilib - red.) yaşadığı evdən məktəbə aparıb. O, azyaşlının məktəbə aparıb-gətirən zaman avtomobilin içərisində öz cinsi ehtirasını təmin etmək məqsədilə mütəmadi olaraq zor tətbiq etmədən əlləri ilə azyaşlıya qarşı əxlaqsız hərəkətlər edib.

Vidadi Rüstəmov həmçinin Samirə Məmmədovanın bacısı, 2011-ci il təvəllüdlü Ləmana da eyni hərəkətlər törədib. O, Ləmanı da öz avtomobili ilə məktəbə aparıb-gətirən zaman bu çirkin əməlini həyata keçirib.

Vidadi Rüstəmov rayon ərazisində daha bir məktəbli qıza qarşı da öz çirkin əməlini həyata keçirib. O, 2010-cu il təvəllüdlü Ramella Səmədovanı məktəbə aparıb-gətirən zaman ona qarşı əxlaqsız hərəkətlər edib.

O, azyaşlı qızı idarə etdiyi avtomobillə yaşadığı evdən orta məktəbə aparıb-gətirib. Bu zaman azyaşlıya qarşı əxlaqsızlıq edib. Onun Ramella Səmədovaya qarşı bu hərəkətləri 2017-ci ilin sentyabr ayının ortalarından 2018-ci il may ayının sonlarınadək və 2018-ci ilin ilin sentyabr ayının ortalarından həmin ilin dekabr ayının sonlarınadək davam edib.

İstintaq orqanı tərəfindən Vidadi Rüstəmovun barəsində Cinayət Məcəlləsinin 153.2-ci (on dörd yaşına çatmayan şəxs barəsində əxlaqsız hərəkətlər törətmək) maddəsi ilə ittiham elan edilib.

Şəmkir rayon Məhkəməsinin hökmü ilə Vidadi Rüstəmov qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 1 ill 2 ay 29 gün müddətə islah işləri cəzasına məhkum olunub.