Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı artıb


Digərləri 07 Apr 2020 16:57:00 114 0

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı artıb

2020-ci ilin yanvar-fevral aylarında Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 656,4 milyon manat təşkil edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, kənd təsərrüfatı məhsullarının 629,0 milyon manatı heyvandarlıq, 27,4 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,6 faiz, o cümlədən bitkiçilik məhsulları üzrə 12,7 faiz, heyvandarlıq məhsulları üzrə isə 3,2 faiz artıb.

Təsərrüfatlarda yanvar-fevral aylarında 31,6 min ton və yaxud keçən ilin müvafiq dövrünə nisbətən 15,7 faiz çox tərəvəz məhsulları istehsal edilib.