Britaniyada daha bir yüksək çinli məmur koronavirusdan karantinə alındı


Dünya 07 Apr 2020 16:35:00 111 0

Britaniyada daha bir yüksək çinli məmur koronavirusdan karantinə alındı

Böyük Britaniya hökumətinin Baş katibliyinin rəhbəri Maykl Qouv koronavirus şübhəsi ilə özünü təcrid edib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, onun ailə üzvlərində koronavirus aşkarlanıb.

Xatırladaq ki, bundan əvvəl Britaniyanın Baş naziri Boris Consonda koronavirus tapılıb.

O, vəziyyəti pisləşdiyi üçün reanimasiyaya yerləşdirilib.