1 şəhər və 4 kəndi əhatə edən yollar yenidən qurulur FOTO


Digərləri 07 Apr 2020 15:32:00 115 0

1 şəhər və 4 kəndi əhatə edən yollar yenidən qurulur  FOTO

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarında yer alan genişmiqyaslı sosial-infrastruktur layihələr arasında yol infrastrukturunun yenidən qurulması xüsusi önəm daşıyır. Bu çərçivədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi respublika üzrə bütün rayonları əhatə edən magistral, respublika və yerli əhəmiyyətli yollarda geniş yenidənqurma işləri aparır.

Agentlikdən Son.az-a verilən məlumata görə, Tovuz rayonunda bu layihələrdən 1 şəhər və 4 kəndi əhatə edən ümumi uzunluğu 36 km olan avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması işləri yüksək keyfiyyətlə və sürətlə dava etdirilir.

Bu M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolundan ayrılan və uzunluğu 17 km olan Əyyublu kəndinin, 4.4 km uzunluğunda Aran kəndinin, 7.6 km-lik Qovlar şəhərinin 2 yaşayış məntəqəsinin, həmçinin uzunluğu 5 km olan Aşağı Quşçu və 2 km olan Koxanəbi kəndlirinin avtomobil yollarıdır.

Sözügedən yolların hər biri IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yüksək keyfiyyətlə və sürətlə aparılan bu işlər 5 yaşayış məntəqəsinin 30 mindən çox əhalisinin M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə etməklə respublikanın bütün istiqamətlərinə hərəkət etmələrini xeyli dərəcədə asanlaşdıracaq.

Çünki sözügedən avtomobil yolları uzun illər təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən avtomobil yolu yararsız vəziyyətdə idi. Üstəlik bəzi hissələrdə yol əkin sahəsindən keçdiyi üçün torpaq yatağı suvarma və qrunt sularının təsirinə məruz qalaraq yararsız hala düşmüşdü. Bu isə öz növbəsində vətədaşların hərəkətində müəyyən çətinliklərə səbəb olurdu.