Bu Avropa ölkəsində həyat bərpa olunur


Dünya 07 Apr 2020 15:21:00 111 0

Bu Avropa ölkəsində həyat bərpa olunur

Dünyada virusa yoluxanların sayı hər gün bir az da azalır. Avropa ölkələrindən biri ənənəvi həyatı bərpa etmək qərarına gəlib.

Son.az bizimyol.info-ya istinadən xəbər verir ki, Avstriya yavaş-yavaş karantin rejimi ilə vidalaşır. Baş nazir Sebastyan Kurts Pasxa bayramından sonra bir çox mağazaların fəliyyətini davam etdirəcəyini bildirib. Konkret aprelin 14-dən kiçik dükanlar, alış-veriş yerləri işə başlayacaq.

Mayın 1-dən bütün mağazalara, o cümlədən bərbərxanalara da işləməyə icazə veriləcək. Karantin rejimindən bütünlüklə iyunun sonunda imtina olunacaq. Avstriyada karantin rejimi martın 16-da tətbiq edilmişdi. Yalnız marketlər və apteklər işləyir.

Avstriyada son günlərlə müqayisədə yoluxma halının azaldığını demək olar. Bu gün cəmi 229 belə hal qeydə alınıb. İndiyə qədər cəmi 12 min 280 nəfərin virusa yoluxduğu bildirilir. Həmin insanların 220-si həyatını itirib.