Almaniya səfiri Azərbaycana təşəkkür edib


Siyasət 07 Apr 2020 15:18:55 110 0

Almaniya səfiri Azərbaycana təşəkkür edib

“Dünən gecə Bakının mərkəzində yerləşən Heydər Əliyev Mərkəzi Almaniya və Azərbaycan bayraqlarının rəngləri ilə parladı. Azərbaycan bir neçə gün davam edən kampaniya ilə koronavirusdan ciddi şəkildə z

“Dünən gecə Bakının mərkəzində yerləşən Heydər Əliyev Mərkəzi Almaniya və Azərbaycan bayraqlarının rəngləri ilə parladı. Azərbaycan bir neçə gün davam edən kampaniya ilə koronavirusdan ciddi şəkildə zərər çəkən Almaniyaya və digər ölkələrə dəstəyini ifadə edir”.

“Report” xəbər verir ki,bu fikri Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq deyib.

“Bu, koronavirusa qarşı birgə mübarizəmizi qiymətləndirmək üçün təkcə hökumətlərimiz arasında deyil, həm də xalqlarımız arasında olan dostluğun bir əlamətidir. Mənim üçün bu, böyük mənalı bir addımdır. Azərbaycanın ən əhəmiyyətli binalarından biri üzərində Almaniya bayrağı nümayiş olunur. Çox sağ olun!”, -səfir bildirib.

Xatırladaq ki, Heydər Əliyev Mərkəzi müxtəlif ölkələrin bayraqlarını işıqlı proyeksiyası ilə görüntüləmək yolu ilə həmin ölkələrə koronavirusla mübarizədə dəstəyini ifadə edir.