Qadınlara qarşı cibgirlik edən şəxs saxlanıldı VİDEO


Digərləri 07 Apr 2020 14:48:00 111 0

Qadınlara qarşı cibgirlik edən şəxs saxlanıldı  VİDEO

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sərnişinlərin sıx olduğu vaxtlarda rayondaxili avtobuslarda cibgirlik edən, əvəllər dəfələrlə əvvəllər məhkum olunmuş, Gəncə şəhər sakini, 56 yaşlı Rövşən İsmayılov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, araşdırma zamanı həmin şəxsin cari ilin fevral-mart aylarında avtobuslarda ümumilikdə 3 vətəndaşın çantasından pul, mobil telefon və digər qiymətli əşyalar oğurladığı müəyyən edilib.

Faktlarla bağlı Şəmkir rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir. R.İsmayılovun Şəmkir, eləcə də digər qonşu şəhər və rayonların ərazisində də analoji cinayətlər etdiyi istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in "102" Zəng Mərkəzinə məlumat verə bilərlər.