7 saylı cəzaçəkmə müəssisəsindən 6 nəfər yaşlı məhkum azadlığa buraxıldı FOTO


Digərləri 07 Apr 2020 14:04:00 186 0

7 saylı cəzaçəkmə müəssisəsindən 6 nəfər yaşlı məhkum azadlığa buraxıldı  FOTO

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 7 saylı cəzaçəkmə müəssisəsindən 65 yaşı tamam olan 6 məhkum azadlığa buraxılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, müəssisədən azadlığa buraxılan ən yaşlı məhkum 1945-ci il təvəllüdlüdür.

Digər məhkumlardan 2 nəfər 1952-ci il, 1 nəfər 1953-cü il, 1 nəfər 1954-cü il, 1 nəfər isə 1955-ci il təvəllüdlüdür.

Əfv edilən 6 nəfər məhkum cəzaçəkmə müəssisəsində həkim müayinəsindən keçirilərək azadlığa buraxılıblar.

Xatırladaq ki, aprelin 6-da Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. Dünyada koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin ölkə Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxılaraq, məhkumların sağlamlıq vəziyyəti, cəza çəkdikləri müddətdə davranışları nəzərə alınaraq və humanizm prinsiplərinə əsaslanaraq, 176 məhkum cəzasının çəkilməmiş hissəsindən azad edilib.