Baş infeksionist xüsusi karantin rejiminin müddəti barədə danışdı


Digərləri 07 Apr 2020 13:50:36 145 0

Baş infeksionist xüsusi karantin rejiminin müddəti barədə danışdı

Aprelin 20-dək karantinlə bağlı qoyulan qadağalara əməl edilsə, karantin üçün qoyulan bu müddət kifayət edər.

Son.az xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev deyib.

Onun sözlərinə görə, bu müddət xəstəliyin inkubasion dövrünün 14-20 günə qədər uzanması nəzərə alınmaqla, verilən qərardır:

"Vətəndaşlar könüllü şəkildə bu qadağalara əməl etsələr, onda bu infeksiyanın yayılmasının qarşısı kəskin şəkildə alınar. Çinin 11 milyon əhalisi olan Uhan şəhərində bu qadağalara əməl etməklə epidemiyanın qarşısını aldılar. Biz də karantin qaydalarına ciddi şəkildə əməl etsək, onun qarşısını ala bilərik".

Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.