"Tüpürüm sizin missiyanıza"


Şou-biznes 07 Apr 2020 13:58:00 264 0

"Tüpürüm sizin missiyanıza"

ARB-nin aparıcısı Rövşanə Ağasəfqızı ilə vəkil Türkel Süleymanlı arasında qalmaqal yaşanıb.

Son.az axşam.az-a istinadən bildirir ki, buna səbəb vəkilin aparıcının "Səhər-səhər" proqramı ilə bağlı sosial şəbəkədə mənfi fikirlər yazması olub.

Bu haqda "Elgizlə izlə" verişində danışan Rövşanə bildirib ki, vəkil Xalq artisti Nuriyyə Əhmədova ilə bağlı hazırladığı proqram görə onun ünvanına xoşagəlməz sözlər yazıb:

"Nuriyyə Əhmədova ilə bağlı 3 saatlıq veriliş hazırladım. Orada onun acınacaqlı həyatından danışdıq. Verilişimi vəkil, dəfələrlə efirimin qonağı olan Türkel Süleyman təhqir edib. Mənə "Tüpürüm sizin missiyanıza, gözümdən düşdün" sözlərini deyib. Dəfələrlə verilişimin qonağı olub, hörmətlə qarşılamışam. Özü xahiş edib ki, efirinə çağır, təmənnasız dəvət etmişəm. Bir məhsul istehsal edib, mənə dedi ki, efirdə işıqlandıraq. Karantin dövründə çəkiliş olmur, edə bilmədiyimi dedim. "Yox" cavabı alan vəkil fərqli yanaşma sərgilədi. Məni, çalışdığım kanalda yayımlanan proqramı təhqir etdi. Vəkillər kolleqiyasına müraciət etdim, bu işə baxılsın".

Proqrama zəng edən T.Süleymanlı "Onunla bir düşmənçiliyim yoxdur. Veriliş barədə tamaşaçı kimi fikir bildirmişəm. Şəxsi yazışmamızı götürüb feysbukda paylaşıb və qanun pozub. Onunla dava etmirəm. Nuriyyə Əhmədovaya böyük hörmətim var. Bir şəxsi amili, ailə sirri qalmadı. Hər şeyini açıb göstərdi. O, təmiz insan olub. İnsanın xatirəsinə hörmət edirsənsə, yaxşı danış. Buna fikir bildirmişəm" sözlərini deyib.