Bu ölkə koronavirusla bağlı vəziyyəti nəzarət altına aldı


Dünya 07 Apr 2020 13:46:49 132 0

Bu ölkə koronavirusla bağlı vəziyyəti nəzarət altına aldı

“Hökumət koronavirusun alovlanması ilə bağlı vəziyyəti nəzarəti altına alıb və yoluxmaların sayını azalda bilib”

“Hökumət koronavirusun alovlanması ilə bağlı vəziyyəti nəzarəti altına alıb və yoluxmaların sayını azalda bilib”.

“Report” “Interfax”a istinadən xəbər verir ki, bunu Norveçin səhiyyə naziri Bent Hoyedeyib.

Nazirin sözlərinə görə, ölkədə yoluxmuş şəxsdən sağlam insana virusun ötürülməsi göstəricisi azalıb. B.Hoye bildirib ki, Norveçdə məhdudiyyət tədbirləri görülmədən öncə 1 nəfər ortalama 2,5 nəfəri yoluxdururdu, hazırda bu göstərici 0,7-yə enib.

“Bu o deməkdir ki, biz koronavirus infeksiyasını nəzarəti altına almışıq. Görülmüş tədbirlərin bəhrəsi oldu. Ancaq tədbirlər davam etməlidir”, - nazir vurğulayıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 352 000-i ötüb. Bunların 287 699 nəfəri sağalıb, 75 300 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.